Xamenei: "İsrail və ABŞ-ni sarsıdıcı cavab gözləyir"

"İran Yaxın Şərqdəki müqavimət qüvvələrinə qarşı həyata keçirdiklər hücumlara cavab olaraq İsrail və ABŞ-yə sarsıdıcı zərbə vuracaq".

Bakunews.media İran mətbuatına istinadən xəbər verir ki, bu sözləri İranın Ali Rəhbəri Əli Xamenei deyib.

"Təkəbbürlə mübarizə bizim borcumuzdur. Təkəbbür, hərtərəfli - iqtisadi, hərbi və mədəni hökmranlıq və başqa xalqların alçaldılması deməkdir. Onlar uzun illər İran xalqını aşağılayıblar. Ona görə də İran xalqı təkəbbürə qarşı müqavimət göstərib və müqavimət göstərəcək", - deyə Xamenei əlavə edib.

0.080643892288208