Azərbaycan millisi İranla qarşılaşacaq?
Azərbaycanın futzal millisi İranla yoldaşlıq görüşü keçirəcək.
Bakunews.media İran mətbuatına istinadən xəbər verir ki, bu matç fevralın 26-dək baş tutmalıdır.
Lakin bu matçın harada və hansı tarixdə baş tutacağı bildirilmir. Məlumatı İran millisinin baş məşqçisi Məhəmməd Nazemoşaria açıqlayıb.
O bildirib ki, bu matç 26 fevral-8 mart tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək Asiya çempionatına hazırlıq xarakteri daşıyacaq.
Eyni zamanda, Azərbaycan Futzal Federasiyasından bildirilib ki, yaxın günlərdə İranla belə bir qarşılaşmanın keçirilməsi nəzərdə tutulmayıb.
Səbuhi Musayev