Bakıda iki avtomobil toqquşub, bir nəfər xəsarət alıb - VİDEO

Bakının Binəqədi rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Bakunews.media xəbər verir ki, sürücü Abbas Fərəcov “Mercedes” markalı avtomobil ilə Bakı-Sumqayıt yolunda hərəkətdə olan zaman idarə etməni itirərək minik maşınını eyni istiqamətdə hərəkət edən Azər Allahverdiyevin idarə etdiyi digər “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpıb.

Nəticədə bir nəfər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

0.38337588310242