Astara xəstəxanasında qalmaqal: İrandan gələnlər bir gündür gözlədilir - VİDEO

Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlılarla həkimlər arasında gərginlik yaşanıb.

Məsələni əks etdirən görüntülər Bakunews.media-ın redaksiyasına göndərilib.

İrandan qayıdan vətəndaşlar dünən saat 10-dan xəstəxanada antisanitar şəraitdə saxlanıldıqlarını iddia edirlər:

“Siz bizi burada nə üçün saxlayırsınız? Əgər bizdə ciddi xəstəlik varsa, bu xəstəxanada bizi nə müayinə edə bilərlər, nə də müalicə. Həkimlər bizə məlumat verməlidir, amma heç kim heç nə demir. Deyirlər, oturun, gözləyin. Bizi dünən saat 10-dan xəstəxanaya yerləşdiriblər”.

Qeyd edək ki, vətəndaşlarla tibb işçiləri arasında yaşanan gərginliyin səbəbi onlara heç kimin məlumat verməməsi və antisanitar şəraitdə saxlanılmalarıdır.

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət etdik. Lakin qurumdan məsələyə münasibət bildirən olmayıb.

Könül Cəfərli 

0.30318689346313