Dünya kino sənayesi koronavirus səbəbindən milyardlarla dollar itirəcək

Dünya kino sənayesi koronavirus təhlükəsi ilə bağlı film nümayişlərinin dayandırılması səbəbindən beş milyard dollar itirə bilər.

“THR” xəbər verir ki, Çində bütün kinoteatrlar bağlanıb, Cənubi Koreya, İtaliya və Yaponiyada kinoteatra gələnlərin sayı olduqca azalıb.

Bu il 24 yanvardan 23 fevraladək Çində film nümayişindən 4,2 milyon dollar gəlir əldə edilib.

Ötən il isə bu göstərici 1,76 milyard dollara bərabər olub. Koreyada ötən il ilə müqayisədə biletlərin satışı 80% azalıb.

“Qorxunu fiziki olaraq hiss etmək olur. Vəziyyət 2009-cu ildə yayılan donuz qripinə bənzəyir. Lakin onda Koreyada 80 min nəfər xəstələnmişdi”, - deyə Koreyanın nəhəng kinoteatrlar şirkətinin rəsmi nümayəndəsi qeyd edib.

0.36316919326782