Konya düzənliyindən inanılmaz görüntülər: 24 çuxur bir kadrda

Türkiyənin Konya düzənliyində iqlim dəyişikliyi, quraqlıq və yeraltı suların nəzarətsiz istifadəsi nəticəsində qəfil əmələ gələn dairəvi çuxurların sayı günü-gündən artır. Bu vəziyyət bölgə sakinlərini ciddi narahat edir.

Bakunews.media-ın verdiyi məlumata görə, Türkiyə mediasında karst çuxurlarının görüntüləri yayılıb. Onların arasında hətta 24 çuxurun bir kadrda olduğu görüntü də var.

Bildirilir ki, video Karapınar rayonunun şimal-qərbində yerləşən Reşadiye məhəlləsindəki əkin sahələrində çəkilib. Bildirilir ki, burada 5 metrə qədər ara məsafəsi olan müxtəlif ölçülü 100-dən çox çuxur müəyyən edilib.

Elm adamları, bölgədə kənd təsərrüfatı sahələri və yaşayış məntəqələri olduğu üçün vəziyyətin ciddi təhlükə yaratdığını bildiriblər. O da vurğulanır ki, Konya vilayətində ümumi sayı 620-yə çatan iri və kiçik ölçülü çuxurlar var.

Konya düzənliyindən inanılmaz görüntülər: 24 çuxur bir kadrda

Konya düzənliyindən inanılmaz görüntülər: 24 çuxur bir kadrda

0.32086205482483