Timsah oğlanı dostlarının gözü qarşısında öldürdü

Zimbabvedə dostları ilə çayda çimən məktəbliyə timsah hücum edib.

“International Business Times” xəbər verir ki, 11 yaşlı Munkuli Amasomi dostları ilə Binqi bölgəsində çaya çimməyə gedib.

Çayda çimərkən beşinci sinif şagirdinin üzərinə timsah hücum edib.

Timsah yeniyetməni tutaraq suyun altına çəkib və parçalamaq istəyib.

Aldığı xəsarətlərdən məktəbli yerindəcə keçinib.

Hadisə yerinə gələn polis əməkdaşları uşağın cəsədini çaydan çıxardıblar.

0.32496094703674