Bu kateqoriyaya aid olan insanlar ən az koronavirusa yoluxur

Çinin Xəstəliklərin nəzarəti və profilaktikası mərkəzi koronavirusa yoluxanlarla bağlı statistic hesabat hazırlayıb.

“İzvestiya” xəbər verir ki, hesabata əsasən, koronavirusa ən az uşaqlar və yeniyetmələr yoluxur.

Mütəxəssislər 2020-ci ilin 11 fevral tarixinədək 70 min yoluxma faktını təhlil ediblər.

Alınan nəticəyə əsasən, doqquz yaşadək uşaqların və 19 yaşadək yeniyetmələrin yalnız 1%-i koronavirusa yoluxub.

0.32446599006653