ABŞ-da koronavirusa yoluxma halı artıb

ABŞ-da koronavirusa yoluxanların sayı 126 nəfərə çatıb.

CNN-in xəbərinə görə, bu barədə ölkənin Səhiyyə İdarəsi məlumat yayıb.

Virusdan artıq doqquz nəfərin öldüyü bildirilir. Ölüm hallarının hamısı Vaşinqton ştatında qeydə alınıb.

ABŞ-ın 13 ştatında 78, təkcə Vaşinqton və Kaliforniyada 27 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, “Diamond Princess” kruiz gəmisindən təxliyyə olunan ABŞ vətəndaşlarının sayı 45-ə çatıb.

0.31570911407471