Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı

Britaniyada kraliyyət ailəsində ayrılıq küləkləri hər zamankından daha sərt əsməyə başlayıb.

Belə ki, Kraliça II Elizabet qəlbində ayrı yeri olduğu sayılan nəvəsi Harri ilə sarayında danışdıqdan sonra onunla vidalaşıb. Onların söhbətində kənar şəxslərin iştirak etmədiyi bildirilir. 

“The Sun”un məlumatına görə, vida görüşü dörd saat çəkib.

Bildirilir ki, kraliça sevimli nəvəsinə onu çox sevdiyini və hər zaman geri qayıda biləcəyini deyib.

Martın 31-də şahzadə Harri və xanımı Meqan Markl son dəfə rəsmi vəzifəni yerinə yetirdikdən sonra ailədən tamamilə ayrılacaqlar.

0.29963302612305