Dünyada 100 minə yaxın insan koronavirusa yoluxub

İndiyədək dünya üzərində 97,3 min insan yeni növ koronavirusa yoluxub.

Xəstəliyə yoluxanların 80 409 nəfəri Çinin payına düşür.

“İnterfaks” xəbər verir ki, dünyanın digər ölkələrində yoluxanların sayı 16 972 nəfər təşkil edir.

Onlardan 2345-i ötən gün yoluxub.

Cənubi Koreyada 6088 yoluxandan 40 nəfəri dünyasını dəyişib, İtaliyada isə 3858 nəfər yoluxub, 148 insan həyatını itirib. İranda 3513 nəfər yoluxandan 107-si vəfat edib.

Başqa ölkələrdə göstəricilər belədir: Yaponiya (1036 nəfər yoluxub, 12 nəfər həyatını itirib), Fransa (423 nəfər yoluxub, yeddi nəfər həyatını itirib), Almaniya (349 nəfər yoluxub), İspaniya (200 nəfər yoluxub, bir nəfər həyatını itirib), ABŞ (149 nəfər yoluxub, iki nəfər həyatını itirib), Sinqapur (117 nəfər yoluxub), Böyük Britaniya (115 nəfər yoluxub, bir nəfər həyatını itirib), Honkonq (104 nəfər yoluxub, iki nəfər həyatını itirib).

İndiyədək Çində koronavirusdan 3348, qalan ölkələrdə isə 336 nəfər dünyasını dəyişib.

0.32421898841858