Belarus Rusiya ilə inteqrasiyanı dayandırdı

Belarus Rusiya ilə inteqrasiya üzrə yol xəritələri ilə bağlı işləri dayandırıb.

“Lenta.ru” xəbər verir ki, bu haqda Belarus XİN rəhbəri Vladimir Makey bildirib.

Onun sözlərinə görə, neft tədarükü ilə bağlı məsələ həll olunmadıqca inteqrasiya işləri getməyəcək.

Daha əvvəl isə, Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Moksva ilə inteqrasiya məsələsində “superpraqmatik” mövqe sərgilədiyini qeyd edib.

0.31605505943298