Britaniyada koronavirusla bağlı ilk ölüm hadisəsi təsbit edilib

Martın 5-i Böyük Britaniyada ilk dəfə koronavirusa tutulan şəxs vəfat edib.

“The Guardian” xəbər verir ki, Berkşir qraflığında yerləşən xəstəxanalardan birində koronavirusla birgə digər xəstəliklərdən əziyyət çəkən yaşlı pasient dünyasını dəyişib.

Ölümündən bir gün əvvəl xəstəxanaya yerləşdirilən kişidə koronavirus aşkar edilib.

Böyük Britaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayının 115 nəfərə çatdığını bildirib.

0.30728793144226