Yunanıstanda hökuməti qınayan əhali küçələrə axışdı

Yunanıstanda əhali hökumətin qaçqınlara qarşı irqçi siyasətini qınayaraq küçələrə axışıb.

Sondakika.com-un xəbərinə görə, Afinada minlərlə insan parlament binasının önünə toplaşıb.

Onlar “Birlikdə yaşaya bilərik” yazılmış plakartlarla ölkələrinə gələn qaçqınları dəstəkləyiblər.

Xatırladaq ki, Türkiyə Avropa sərhədlərini açandan sonra onun ərazində yaşayan qaçqınlar Yunanıstana keçirlər. Yunan sərhədçiləri isə bu prosesə mane olub qaçqınları dövlətlərinin ərazisinə və Avropaya buraxmaq istəmirlər.

0.88997507095337