Meqan Markl təyyarədə infeksiyadan müdafiə üsulundan danışdı

Sasseks hersoginyası Meqan Markl təyyarədə infeksiya riskini necə azaltmağın mümkün olduğunu izah etdi.

Bu barədə “Daily Star” yazır.

O bildirib ki, sərnişinlər burunun içəri hissəsinə tampon vasitəsilə antiseptik maz sürtməlidirlər.

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı xəstəliklərdən qorunmanın bu üsulunun vacib olduğunu qeyd edib və əlavə edib ki, çatlayan dəridən mikrobların düşməsi riski artır.

“Belə örtük sizi ikiqat müdafiə edəcək”,- deyə Markl bildirib.

Onun sözlərinə əsasən, belə bir məsləhəti ona Hollivud ulduzu Leonardo Di Kaprio verib.

0.35750007629395