Polisdən qaçan hakim qatarın altında öldü

Ev dustaqlığının şərtlərini pozan futbol hakimi Antonio Martinelli polisdən gizlənərkən qatarın altına düşüb.

Bu barədə “Sky Sport Italia” yazır. 

Hadisə İtaliyanın şərqində Porto-Potentza-Piçen kəndində baş verib. 

Bildirilir ki, 31 yaşlı hakim keçmiş sevgilisini təqib etdiyi üçün ev dustaqlığında olub.

Martinelli elektron bilərzik taxırdı, lakin o, həbs şərtlərini pozaraq mənzili tərk etdi. Polis hakimin evinə gəldikdə isə, o, asayiş keşikçilərindən qaçıb. Martinelli relslər üzərinə qaçıb və bu zaman oradan keçən qatarın altına düşüb.

Qeyd edək ki, fevral ayında arbitr regional liqa matçında komandalardan birinin qapıçısını vurduğu üçün bir il müddətinə hakimlikdən kənarlaşdırılmışdı.

0.30041289329529