Yaponiyanın Yay Olimpiya Oyunlarının ləğvindən çəkəcəyi zərər hesablandı

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının ləğv edilməsi Yaponiyaya təxminən 74,2 milyard dollara başa gələ bilər.

TASS bildirir ki, o cümlədən, koronavirusun yayılma təhlükəsi səbəbindən Olimpiadanın ləğvi ölkədə ÜDM-in artımının illik hesablamada 1,4% azalmasına gətirib çıxara bilər. Yaponiya korporasiyalarının gəlirləri isə 24,4% azalacaq.

Eyni zamanda, Yaponiyanın “Nikko Securities” maliyyə şirkətindən bildirilib ki, oyunlar yalnız iyul ayına qədər koronavirusun yayılmasının qarşısı alınmadığı təqdirdə ləğv edilə bilər.

Qeyd edək ki, hazırda Yaponiyada 1000-dən artıq insan koronavirusa yoluxub, 12 nəfər ölüb.

0.60483288764954