Çində COVID-19 xəstələrinin karantinə alındığı bina çökdü

Çində karantində olan COVID-19 xəstələrinin qaldığı beşmərtəbəli hotel çöküb.

Dağıntılar altında ən azı 70 nəfərin qaldığı, bu ana qədər 28 nəfərin xilas edildiyi deyilir.

“South China Morning Post” qəzetinin xəbərinə görə, binanın çökmə səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, COVID-19 epidemiyasının yayılması səbəbi ilə Çində, xüsusilə də Hubey əyalətində bir sıra iaşə obyektləri funksiyasını dəyişdirərək xəstəxana kimi fəaliyyət göstərir. Çökən hotel binası da belə obyektlərdən biridir.

0.82384991645813