Çində ötən gün 27 nəfər COVID-19-un qurbanı olub

Çində ötən sutka ərzində 27 nəfər koronavirusdan ölüb.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. 

Bildirilir ki, ötən gün ərzində ÇXR-da COVID-19-a 44 yeni yoluxma halı qeydə alınıb, xəstələnənlərin sayı 80 695 nəfərə çatıb. 1,6 min insanın sağalaraq evə buraxıldığı qeyd edilir.

“Çində koronavirusa yoluxanların sayı hazırda 80,7 min nəfərə çatıb. Ölkədə bu günə kimi 57 min insan koronavirusdan sağalıb. 3 097 nəfər isə virusun qurbanı olub”, - deyə məlumatda bildirilir. 

0.39525294303894