Astarada su arxına düşən avtomobilin sürücüsü dünyasını dəyişib – VİDEO

Astarada idarəetməni itirən sürücü avtomobili körpüdən aşırıb.

Bakunews.media xəbər verir ki, nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Hadisə Ələt-Astara magistralının rayonun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb.

Cəlilabad rayon sakini Fazil Quliyev “Toyota” markalı minik maşını ilə hərəktdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomaşın körpüdən aşaraq su arxına düşüb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb.

Sürücünün sıxılıb qalmış meyidini çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 6 nəfər canlı qüvvəsi cəlb olunub.

Xüsusi alət və avadanlıqların köməyilə çıxarılmış meyid aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

0.32768201828003