“Lider” TV-nin yayımı dayandırıldı - VİDEO

“Lider” telekanalının yayımı dayandırılıb. 

Axşam.az-ın məlumatına görə, saat 22:01-də “Gecənin sehrində” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.  

Məsələ ilə bağlı təfərrüatlar hələlik bəlli deyil. Uzun müddətdir telekanalda ciddi maliyyə problemləri yaşanırdı. 

Qeyd edək ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərirdi. Kanalın rəhbəri Ədalət Əliyevdir. 

 

0.40430116653442