Azərbaycanda mehmanxanaya məxsus əmlak hərraca çıxarılır - SİYAHI

Şəki Kommersiya Məhkəməsində 9 saylı Ərazi Vergilər İdarəsinin “Zərdab Mehmanxana” ASC-yə qarşı siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair işə baxılıb. 

Bakunews.media xəbər verir ki, idarə iddia ərizəsində “Zərdab Mehmanxana” ASC-nin borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 2000 manat məbləğində əmlakının hərraca çıxarılmasını istəyib.

Məhkəmə verilən iddianı təmin edib. Qərara əsasən, bu əmlaklar hərraca çıxarılaraq satılacaq: 

Hər birinin dəyəri 450 manat olan iki ədəd kondisioner;

Dəyəri 500 manat olan bir ədəd soyuducu;

Hər birinin dəyəri 200 manat olan üç ədəd televizor.

0.30074310302734