Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var – FOTO

Nəsimi rayonunda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb.

Bakunews.media xəbər verir ki, hadisə Bəşir Səfəroğlu və Süleyman Rəhimov küçələrinin kəsişməsində baş verib.

Belə ki, B.Səfəroğlu küçəsilə hərəkətdə olan "Kia" markalı avtomobil S.Rəhimov küçəsilə gedən motosikletlə toqquşub.

Əraziyə DYP əməkdaşları cəlb olunub. "Kia" markalı avtomobilin sürücüsü hadisə yerindən yayınmağa cəhd göstərib, lakin polis əməkdaşları sürücünü saxlayaraq polis bölməsinə aparılıb.

Hadisə zamanı motosikletin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

0.74864506721497