Azərbaycanda 46 yaşlı kişinin meyiti əmisi oğlunun evində tapıldı

Şabran rayonunda kişi dəm qazından boğularaq ölüb.

Bakunews.media xəbər verir ki, hadisə rayonun Ağbaş kəndində qeydə alınıb.

Kənd sakini - 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğlu Daşdəmir Quliyevə məxsus evin hamam otağında dəm qazından boğularaq ölüb. 

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb.

Könül Cəfərli 

0.28748798370361