Ağcabədi sakini mal bazarında 10 min manat itirdi

Ağcabədi rayon sakini heyvan almaq üçün getdiyi mal bazarında 10 min manat pul itirib.

Rayonun Təzəkənd kənd sakini Muxtarov Şükür Vaqif oğlu Bakunews.media-a bildirib ki, bir neçə gün əvvəl  heyvan almaq üçün Bərdə rayonunda yerləşən mal bazarında olub.

O, bazardan iribuynuzlu heyvan almaq istəyib, ancaq məlum olub ki, 10 min manat pulunu itirib.

Ş.Muxtarov bununla bağlı polisə ərizə ilə müraciət edib.

Rayon Polis Şöbəsində bu istiqamətdə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Dursun Tağıyeva

0.35203003883362