Azərbaycanlı qadın qanunsuz silahlı birləşmələrə qoşuldu, beynəlxalq axtarışa verildi - FOTO

Rusiya qanunsuz silahlı birləşmələrə qoşulan azərbaycanlı qadını “İnterpol”a beynəlxalq axtarışa verib.

Bakunews.media bu barədə İnterpolun saytında yerləşdirilən məlumata əsasən xəbər yayıb.

Bakı şəhərində doğulan 33 yaşlı Alina Balakadaşova qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları Rusiya mənşəli həmin qadın barəsində dövlətlərarası axtarış elan edib və onun saxlanılması üçün İnterpola müraciət olunub.

0.32040309906006