Azərbaycanda dörd uşaq anası ata evinə gedib qayıtdı, intihar etdi - YENİLƏNİB + FOTO

Ağcabədi rayonunda qadının intihar etməsi ilə bağlı ibtidai istintaq aparılır.

Bu barədə Bakunews.media-a Baş Prokurorluqdan məlumat verilib. 

Bildirilib ki, rayonun Təzəkənd kənd sakini, 1991-ci il təvəllüdlü Günay Quliyevanın martın 10-u saat 16 radələrində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə yerinə və meyitə polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, orada maddi sübutlar götürülüb.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır.

15:54

Ağcabədi rayonunda intihar hadisəsi baş verib.

Bakunews.media xəbər verir ki, hadisə rayonun Şahsevən kəndində qeydə alınıb.

Rayon sakini, 27 yaşlı Quliyeva Günay Sahib qızı özünü yaşadığı evdən asaraq intihar edib.

Qeyd edək ki, G.Quliyeva dörd uşaq anasıdır. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.

G.Quliyevin yaxınlarının sözlərinə görə, Günayın ailəsində tez-tez ailədaxili münaqişələr baş verib. Qadın intihardan əvvəl ata evində olub. Evinə qayıdan qadın özünü asaraq öldürüb.

Məhkəmə-Tibbi Ekspertizası intihar edən gənc qadının başında və bədənində çoxdan aldığı xəsarətlər də aşkarlayıb. Ailə üzvləri G.Quliyevanın həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Dursun Tağıyeva

0.32640886306763