Dörd uşaq anası Günayın intiharı ilə bağlı dəhşətli faktlar: Başında iki deşik açılıb, bədəni...
Ağcabədi rayonunda 27 yaşlı Günay Quliyevanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.
G.Quliyevanın dayısı Publika.az-a bildirib ki, mərhumun başında iki deşik açılıb, bədəni də döyülməkdən gömgöy olub.
Onun sözlərinə görə, ailə əvvəldən problemli olub:
“Günay dəfələrlə qayınatası və həyat yoldaşı tərəfindən döyülüb, işgəncələrə məruz qalıb. O, ölümündən 3-4 gün əvvəl atasıgildə olub.
Xəstələnmişdi, ata evində müalicə alırdı. Deyilənlərə görə, evinə qayıdandan sonra özünü asıb. Ora qayıdandan sonra aralarında nə söz-söhbət olub, bilmirik”.
Qeyd edək ki, G.Quliyeva dörd uşaq anası olub. Onun ən kiçik övladı yeddi ay əvvəl dünyaya gəlib.