Bakıda sürücü diqqətsizliyi qəzaya səbəb oldu – VİDEO

Şər vaxtı paytaxtın Heydər Əliyev prospektində yerləşən 23-cü polis bölməsinin qarşısında qəza baş verib.

Bakunews.media xəbər verir ki, ilkin ehtimala görə “Honda” markalı avtomobilin sürücüsü prosektin kənar yolu ilə hərəkətdə olduğu zaman sözügedən bölmədən qəfil “Mercedes” markalı nəqliyyat vasitəsinin çıxması qəzanı qaçılmaz edib.

Nəticədə Honda markalı minik maşının sürücüsü idarəetməni itirərək “Mercedes”ə çırpılıb.

Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da avtomaşınlara ciddi ziyan dəyib.

 

0.32189798355103