Türkiyədən gələn yük avtomobili içindəki əşyaları ilə birlikdə yanıb – VİDEO

Türkiyədən Bakıya gələn yük avtomobili içərisində əşyaları ilə birgə yanıb.

Bakunews.media xəbər verir ki, hadisə Ucar rayonunda, Bakı-Qazax magistral yolunun 250-ci km-də qeydə alınıb.

Bərdə rayon sakini 27 yaşlı Pərvin Qəribovun idarə etdiyi iritutumlu yük avtomobili Bakı istiqamətində hərəkətdə olarkən anidən alovlanıb.

Dərhal hadisə yerinə Ucar Dövlət yanğından mühafizə xidmətinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə baş verən ərazi yanacaq doldurma məntəqəsinin yaxınlığında olduğuna görə dərhal müvafiq təhlükəsizlik tədbirləri görülüb. Alovun ətraf ərazilərə keçərək faciəyə səbəb olmasının qarşısı alınıb.

Yanğın Yanğınsöndürmə briqadalarının səyi nəticəsində söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil içərisində olan geyim əşyaları ilə birlikdə tamamilə yanaraq kül olub.

Yanğının baş vermə səbəbləri araşdırılır.

 

0.44175815582275