“Azərenerji”nin əməkdaşı yanıq xəsarəti alıb

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 37 yaşlı əməkdaşı ağır yanıq xəsarətləri alıb.

Bakunews.media xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib.

“Azərenerji” ASC-nin 1983-cü il təvəllüdlü İlkin Abbasov adlı əməkdaşı elektrik naqillərində yaranan problemi aradan qaldırmağa çalışarkən alışma baş verib.

İ.Abbasov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Onun yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilib.

Könül Cəfərli 

0.38075709342957