Məşhur azərbaycanlı rəssam COVİD-19-a görə Moskvada karantinə alındı - FOTO/VİDEO

Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahova koronavirus (COVİD-19) şübhəsi ilə karantinə alınıb. 

Bakunews.media xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində paylaşım edib. 

Məşhur rəssam bildirib ki, İtaliyadan qayıdarkən təyyarədə xəstə olduğu üçün birbaşa karantina köçürülüb:  

“Əslində simptomları olmayan hər kəsi karantinə götürürlər. Əgər təyyarədə xəstə olmasaydı, ev şəraitində karantində olacaqdım, amma indiki halda bütün müddəti burda keçirəcəm. Bu zaman kəsiyində üç analiz verəcəm”. 

 

0.29874396324158