Məhdudiyyət qoyulan obyekt sahiblərinə güzəşt olacaq? - RƏSMİ
“Məhdudiyyət qoyulan obyekt sahiblərinə hər hansı bir güzəşt nəzərdə tutulmayıb”.
Bakunews.media-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, bu ümummilli məsələdir və burada hər hansı bir güzəşt edilməyəcək:
“Onlara hökumət tərfindən təzminat ödənilməyəcək. Bu tədbirlərin görülməsi obyekt sahiblərinin özünün və ailə üzvlərinin təhlükəsizliyi üçündür”.
İlhamə Əbülfət