Qaxda yük maşını piyadanı vurub öldürdü

Bu gün axşam saatlarında Qax-Tasmalı avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.  

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Əmbərçay kənd sakini, 1954-cü il təvəllüdlü Fikrət Sadıq oğlu Əhmədov yük maşını tərəfindən vurulub.  

Qəzadan sonra yük maşınının hadisə yerindən qaçdığı bildirilir.  

Ağır bədən xəsarətləri alan Fikrət Əhmədov Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.  

Faktla bağlı araşdırma aparılır. 

0.33984088897705