Bakının bu rayonunda su kəsilib

Bakının Binəqədi rayonunda içməli suyun verilişi dayandırılıb. 

Bu barədə Bakunews.media-a “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib. 

O bildirib ki, ərazidən keçən magistral su kəmərində qəza baş verib:

“Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-nin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb”.

Könül Cəfərli

0.3324658870697