Bakıda qəzaya düşən xanım sürücü xəsarət aldı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Həsənova Şəhanə Novruz qızı Ukrayna dairəsində şəxsi avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində H. Şəhanə müxtəlif dərəcəli bədən xəsarəti alıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

0.31198906898499