Məşhur teleaparıcının maşını qarət olundu - VİDEO

ARB televiziyasında yayımlanan “Çıxış yolu” verilişinin aparıcısı Afət Rahilqızının maşını qarət olunub.

Bakunews.media xəbər verir ki, aparıcıya məxsus “Nissan Micra” avtomobilinin ön şüşəsi naməlum şəxs və ya şəxslər tərəfindən sındırılıb, içəridən ona məxsus bir neçə əşya qarət edilib.

Ağlayaraq avtomobilinin vəziyyətini telefonla çəkən A.Rahilqızı kamerasının oğurlandığını bildirib.

Teleaparıcı dərhal baş verən hadisə ilə bağlı polisə şikayət etdiyini və hazırda araşdırmalar aparıldığını söyləyib.

Rəşad Əliyev

0.46485304832458