Türkiyədə daha 21 nəfər koronavirusdan ölüb

Türkiyədə yeni növ koronavirusdan daha 21 nəfər ölüb.

Bunu ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib. 

Məlumatda deyilir ki, son sutka ərzində 52 303 şübhəli koronavirus testindən keçib, onlardan 1458-nin cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusdan ümumilikdə 5046 nəfər ölüb, 193 115 nəfər isə bu infeksiyaya yoluxub.

 

0.30166602134705