Türkiyədə koronavirusla bağlı son məlumatlar açıqlanıb

Son sutka ərzində Türkiyədə koronavirusdan daha 17 nəfər ölüb.

Bu barədə məlumatı ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında paylaşıb.

Məlumatda bildirilir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 5082 nəfərə çatıb.

Gün ərzində Türkiyədə COVID-19-a 1372 yoluxma qeydə alınıb. Bununla da, koronavirus xəstələrinin sayı 195 833 nəfərə çatıb.

 

0.34198212623596