Partiya sədri: Hardasız? Niyə susmusuz?
Baku News ALDP Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sərhəddə baş verən erməni təxribatından sonra, ABŞ və Avropada yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi vəhşiliyə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev facebook səhfəsində münasibət bildirin. ALDP sədrin statusunu təqdim edirik:
"Sərhəddə başlanan erməni hərbi təxribatı Avropa və ABŞ-da yaşayan bizim azərbaycanlılara qarşı davam etdirildi. Dinc aksiya keçirən azərbaycanlılara qarşı ermənilərin törətdiyi vəhşiliyi bütün dünya gördü. Gördü və o vəhşiliyi edən ermənilərin bəzilərini həbs etdi. Bəs “Ermənistan-Azərbaycan sülh platformasını yaradan təşkilatçılar niyə susur? Hardasız? Niyə susmusuz? Niyə Azərbaycana gətirib gəzdirib, yedizdirib, yaxınlarını yad etmək üçün qəbirsanlığa aparıb, gedəndə bəlkə də cibinə pul basdığınız erməniləri çıxartmadız ki, desinlər “ay erməni qardaşlarım, siz nə vəhşilik edirsiz, siz bizim bir xalq kimi adımızı batırırsız, bizə faşıst deyərlər”. Sülh Platforması niyə tapmadı bu erməniləri? Niyə bu platformaya şərik olan ermənilərə demədiz ki, çıxın etirazınızı bildirin? Deməli, istər sərhəddə, istərsə də xaricdə yaşayan azərbaycanlılara qarşı olan təxribatlara şəriksiz!!!
Mən xaricdə yaşayan, amma Vətəni sevən soydaşlarımıza müraciət və səbirli olmağı xahiş edirəm. Xahiş edirəm ki, bu ermənilərin provakasiyalara getməsinlər. Onların cavabı veriləcək. Heç kimin, nə Şəhidlərin, nədə ki sizlərin qanı torpağda qalmıyacaq. Biz bir-birimizi qorumalıyıq, çünki biz Böyük Qələbəmizi birlikdə qeyd edəcəyik!"