Sizlər isə bizim xalqın məhkəməsinin qarşısında cavab verəcəksiz
“Sizlər isə bizim xalqın məhkəməsinin qarşısında cavab verəcəksiz”
Baku News xəbər verir ki, bu sözləri ABŞ-da sığınacaq tapan Sevinc Osmanqızının son çıxışına münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova deyib. Dinarə Məmmədova açıqlamasında bildirib ki,:
"Ermənilərin Tovuz sərhədindəki təxribatından sonra Avropanın bir neçə ölkəsində, Rusiyada və ABŞ-da yaşayan azərbaycanlılara qarşı hücümları bütün dünya görüb. İndi sən nə qədər pul almalısan ki, bu hadisələrdən sonra erməniləri müdafiə edəsən və xaricdə ermənilərin soydaşlarımıza qarşı etdiyi fiziki zorlakılğı, təhqir olunmasını, güləllənməsini, döyülməsi və bu cür qarşıdurmanı təşkil edən Azərbaycan tərəfin olduğunu deyəsən?!!!!
Ata övlad üçün müqəddəsdir. Şəhid olan ata iki qat müqəddəsdir. Çünki Şəhid olan ata təkcə sənin atan deyil, o, xalqın atasıdır. Sevinc, sənin atanı ermənilər Şəhid etdi. İndi isə ikinci “gülləni” sən atdın, öz əlinlə onu vurdun. Xalq olaraq Şəhid Osman Mirzəyevi heç vaxt yaddan çıxartmayacağıq. Onunla fəxr edəcəyik. Amma səni və sənin kimi satqın olan Orduxanı, Qəniməti, Turalı və başqalarını da yaddan çıxartmayacaq. Sizlərə xalqın adından danışmağa heç kim ixtiyar verməyib. Yəqin ki, siz xalq deyəndə, öz erməni xalqınızı nəzərdə tutursuz.
Allah Şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmıyacaq. Gec, tez qisas alınacaq. Sizlər isə bizim Xalqın məhkəməsinin qarşısında cavab verəcəksiz. Buna hazır olun!"