Partiya sədri: Görünür, o, ABŞ-ı özünə vətən hesab edib

Ermənistanın Tovuzda təxribatlar törətdiyi, eyni zamanda ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda ABŞ-da yaşayan azərbaycanlı jurnalist Sevinc Osmanqızı düşməni müdafiə edən fikirlər səsləndirib. Soydaşlarımızı əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına haqq qazandırması ilə Sevinc Osmanqızı sözün həqiqi və məcazi mənasında düşmən dəyirmanına su töküb. 

Sevinc Osmanqızının bu cür anti-azərbaycanlı mövqeyi Azərbaycan cəmiyyətində, həmçinin müxalifət düşərgəsində hiddətlə qarşılanıb. 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, şəhid övladına hörmət etmək lazımdır. Amma görünür, bu, ABŞ-ı özünə vətən hesab edib, antiAzərbaycan təbliğatı aparan Sevincə aid deyil. Bu adam çoxdan yaddaşlardan şəhid övladı kimi silinib: 
“Ona görə ki, bu torpaqda şəhid olub, Şəhidlər Xiyabanında dəfn olunan atasının ruhu o qız üçün dəyərsizdir. Dəyərli olsaydı ermənipərəst mövqedən çıxış etməzdi. Bilirsiz, hakimiyyətdən, onun başında oturan şəxsdən, komandasından narazı qalmaq olar, amma dövlətdən, bayraqdan, xalqdan narazı qalaq olmaz, onlardan incimək olmaz. ABŞ-da və Avropada sığınacaq tapan Sevinc Osmanqızı kimilər bu ağır günlərdə belə xalqımızı aşağılayan fikirlər səsləndirir. Atası Osman Mirzəyev qızının aşağıladığı Azərbaycan torpağında uyuyur, hansı ki, bütün şəhidlərin məzarı bizim üçün müqəddəs yerdir. Sevinc bunları dərk etmirsə, ermənidən betər bizim üçün təhlükəli bir varlıqdır. Onun ermənipərəst mövqedən çıxış etməsinin əsas səbəbləri nədir sualına cavab tapmaq o qədər də çətin deyil. İnsan vətənpərvərlik hissini itiribsə, xalqına, dövlətinə sədaqəti, məhəbəti qalmayıbsa, o heç vaxt bizim birimiz ola bilməz. Sevinc kimilər kimliklrərini itirmişlərdir. Azərbaycanlılar xaricdə orduya dəstək, şəhidlərimizə hörmət, ehtiram, düşmənə nifrət prinsiplərini əsas tutaraq aksiyalar keçiriblər. Sevinc kimilər isə ermənilərin tərəfindən çıxış edərək azərbaycanlıların birlik aksiyasını aşağılamaq cəhdindədirlər. Bunun bir adı var – Vətən satqınları! Bunlar Azərbaycan xalqına və dövlətinə qarşı çıxıblar. Bu satqınlar hər dəfə bir fürsət tapıb dövlət və milli maraqlarımızı satıblar”.
0.045857906341553