Partiya sədri: Xalqı aşağılayırlar, bəs görəsən bunların lideri Rüstəm bəy niyə susur?
"Özünü ziyalı hesab edən Rüstəm bəy, niyə susur?"
Milli Şuranın (MŞ) Koordinasiya Mərkəzinin “zoom müşavirəsi”ndə hiddət doğuran fikirlər səsləndirilib. Videonun mərkəzi nöqtəsində isə Amerikada yaşayan Milli Şuranın sədri Cəmil Həsənli yer alıb. O, amerikalılarla müqayisədə azərbaycanlıları şüursuz adlandırıb.
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat”a açıqlamasında Rusiyada yaşayan MŞ-nin fəxri sədri Rüstəm İbrahimbəyova yönəlik bəzi suallar ünvanladı:
“Mən bundan qabaq da qeyd etmişdim ki, bu Şura ”Rüstəm maski şou"sudur. Bunlar bu qədər xalqı aşağılayırlar, bəs görəsən bunların lideri Rüstəm İbrahimbəyov niyə susur? Özünü ziyalı hesab edən İbrahimbəyov susmaqla nə demək istəyir? Yəqin ki, Milli Şuranın keçmiş sədri, hazırda da lideri olan Rüstəm İbrahimbəyov elə bunlarla həm fikirdir. Tovuzda ermənilər tərəfindən törədilən təxribatla bağlı niyə öz fikrini bildirmədi? Hakimiyyət bunların şəxsi maraqlarını təmin edəndə, özlərinə saxta pensiya kəsəndə yaxşıdır, amma bunların maraqlarını təmin etməyən kimi “müxalifət”ə keçirlər. İndi də gündəmdə qalmaq üçün özlərinin səviyyələrinə uyğun “Rüstəm maski şou"da iştirak edirlər".