Zibilliyə qərq olan Gəncə, kimdir müqəssir? - FOTO/VİDEO

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə zibillik baş alıb gedir.

Bu barədə foto və videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Söhbət Yeni Gəncə qəsəbəsi, Ə.Cavad adına 2 saylı tam orta məktəbin arxasındakı “Dərə” deyilən ərazidən gedir.

Məişət tullantıları 30 nömrəli yaşayış binasının arxasındakı əraziyə atıldığı üçün bina sakinləri vəziyyətdən şikayətçidirlər.

Onların sözlərinə görə, yoldan keçən əlindəki zibili bura atır. Bələdiyyəyə isə dəfələrlə müraciət olunsa da, ərazinin təmizlənməsinə baxılmır.

Bildirilir ki, natəmizlik ətrafda xoşagəlməz mənzərənin yaranmasına, xəstəliklərin baş alıb getməsinə şərait yaradır. 

Həmin görüntüləri təqdim edirik:

0.48055791854858