Birinci vitse-prezidentin köməkçisi: “Mədəni irsə əhəmiyyət verilmir”
“Görəsən, Şuşada erməni vandalları tərəfindən Vaqifin məqbərəsindən oğurlanan çəhrayı mərmərləri harada istifadə ediblər? Terorçu Paşinyan, onunla sarayını bəzədin?”
Bunu Ermənistanın işğal olunmuş ərazilərdəki mədəni abidələrə qarşı vandal münasibətinə etiraz edən Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov “Twitter” sosial şəbəkəsində bildirib.
E.Hüseynov beynəlxalq ictimaiyyətin bu məsələyə laqeyd münasibətinə də etiraz edib: “Mədəni irsə əhəmiyyət verilmir. Görün, Şuşadakı unikal məqbərəyə nə oldu?! Təsəvvür edin ki, bu “Big Ben” və Eyfel qülləsi üçün baş verir. Hələ laqeyd qalacaqsınız? Coğrafiya bu qədərmi məna daşıyır?”
Birinci vitse-prezidentin köməkçisi tezliklə məqbərənin yenidən təmir ediləcəyini qeyd edib: “Şuşa yenidən geri qayıdacaq. Gözləmək uzun çəkməyəcək. Ermənistan tərəfindən vəhşicəsinə dağıdılan Molla Pənah Vaqifin məqbərəsini yenidən bərpa edəcəyik. Təbii, tezliklə!”
Shusha will come home! Waiting won’t take long. We will reestablish the mausoleum of Molla Panah Vagif barbarously destroyed by Armenia. Surely and very soon!#StopArmenianAggression #StopWarmenia #KarabakhisAzerbaijan#DontBelieveArmenia
— Emin Huseynov (@emin274) October 21, 2020
Mausoleum of Molla Panah Vagif in 1982/ Mausoleum of Molla Panah Vagif in 2020 (photo before and after). This unique architectural piece made of pink marble has been stripped to its carcass. Stop #Armenia barbarianism! #StopArmenianAggression #KarabakhisAzerbaijan #StopWarmenia pic.twitter.com/orqq2XhBtk
— Emin Huseynov (@emin274) October 21, 2020
I wonder where the pink marble stolen from the mausoleum of Vagif by #Armenia/n vandals in Shusha has been used? Terrorist @Pashinyan – did you decorate your palace with it? #StopArmenianAggression #StopArmenianOccupation #KarabakhisAzerbaijan#StopWarmenia
— Emin Huseynov (@emin274) October 21, 2020
No regard for cultural heritage. Look what has happened to the unique mausoleum in Shusha. Imagine this happens to Big Ben or Eifel Tower. Would you still remain indifferent? Does geography mean so much? #StopArmenianAggression #KarabakhisAzerbaijan#StopWarmenia
— Emin Huseynov (@emin274) October 21, 2020