ALDP sentyabrın 27-dən başlayaraq fəaliyyətini daha da gücləndirdi

Torpaqlarımızı işğaldan azad edilməsi üçün əks-hücum əməliyyatlarına başlayandan sonra partiyaların bəziləri siyasi fəaliyyəti dayandırıblar. Bununla bağlı Baku News müharibə gedən bir dövründə Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) fəaliyyətilə bağlı maraqladı.

ALDP Qadınlar Şurasının sədri Lalə Quliyeva Baku News-a bildirdi ki, partiya olaraq bir gündə olsun fəaliyyətini dayandırmayıblar: “Bəzi partiyalar hesab etdilər ki, müharibə gedən bir vaxtda, orduya dəstək olaraq siyasi fəaliyyəti dayandırsınlar. Biz onların bu addımına hörmətlə yanaşırıq. ALDP isə əksinə, sentyabrın 27-dən başlayaraq fəaliyyətini daha da gücləndirdi. ALDP ordumuza dəstək olaraq təşviqat xarakterli video-çarx hazırlayıb. “Əsgərə məktub” layihəsi çərçivəsində aksiyanın keçirilməsinə başlayıb. Bir həftə ərzində yüzlərlə dəstək məktubu alıb göndərmişik.”

Lalə Quliyeva məlumat verdi ki, ALDP xaricdə fəaliyyət göstərən və onlarla əməkdaşlıq edən 16 siyasi partiyalara vətən müharibəsi, anti-terror əməliyyatlarla bağlı məlumatlar göndərilməsini vurğuladı: “ Biz əməkdaşlıq etdiyimiz 16 siyasi partiyaları ordumuzun apardığı anti-terror əməliyyatlarla bağlı mütamadi olaraq məlumatlandırırıq. Daha sonra 93 beynəlxalq təşkilata, Avropa Parlamentin və ABŞ Konges üzvlərinə Ermənistan dövlətinin dinc əhaliyə qarşı həyata keçirdiyi terror və təcavüzkar siyasəti ilə bağlı ətraflı məlumatlar göndərmişik. ALDP, bir siyasi təşkilat kimi, vətənimizin ərazi bütövlüyünün təmin olunması üçün mübarizədə öz töhfəsini verməyə çalışır”.

0.32123517990112