SOCAR "Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "MOL Hungarian Oil and Gas" şirkəti arasında "Şamaxı-Qobustan sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında" Anlaşma Memorandumu imzalanıb.

Bakunews.media bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, Anlaşma Memorandumuna əsasən, tərəflər Azərbaycanın karbohidrogen hasilatının daha da artırılması istiqamətində əməkdaşlıq edəcəklər.

Sənədin imzalanması SOCAR-ın prezidenti Rövşən Nəcəfin "MOL Hungarian Oil and Gas" şirkətinin sədri və baş icraçı direktoru Zsolt Hernadi ilə keçirdiyi görüşdə baş tutub.

0.92101812362671