“Twitter” Ceyhun Bayramovun hesabını dondurdu, sosial şəbəkə istifadəçiləri hərəkətə keçdi - FOTO

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabı bloklanıb.

Son vaxtlar istifadəçilərinə qarşı aqressiv mövqe sərgiləyən və onların hüquqlarını tez-tez pozan sosial şəbəkə rəhbərliyi Azərbaycan hakimiyyətində təmsil olunan rəsmi şəxsin profilini də “Twitter”in qaydalarını pozduğu üçün ləğv edib.

Qeyd edək ki, “Twitter” istifadəçiləri kütləvi aksiya başladıblar və sosial şəbəkənin texniki heyətinə müraciət ünvanlayıblar ki, müharibə aparan ölkənin xarici İşlər nazirinin rəsmi hesabının bağlanması səhvdir.

Əlavə edək ki, Ceyhun Bayramovun 77 min izləyicisi var idi.

0.31373500823975