“Zirə”dən bir gündə iki hücumçu transferi - FOTO

“Zirə” PFK qış “transfer pəncərəsi” açılmamış artıq iki futbolçu ilə anlaşıb.  

Bakunews.media xəbər verir ki, bunlardan biri Ağabala Ramazanovdur. Millimizin 26 yaşlı hücumçusu ilə müqavilənin müddəti 1,5 ildir.  

Ağabala Ramazanov daha əvvəl “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Keşlə”, “Qarabağ” və “Səbail”də çıxış edib.  

Bundan başqa, “Zirə” bu gün “Qəbələ”də qalmaq istəməyən Davit Volkov ilə müqavilə bağlayıb.  

24 yaşlı gürcüstanlı hücumçu ilə müqavilənin müddəti də 1,5 ildir.  

Qeyd edək ki, Davit Volkov daha əvvəl ölkəsinin “Qaqra”, “Dinamo” (Tbilisi), “Çixura”, “Sioni”, “Saburtalo”, Serbiyanın “Zemun” klubunda çıxış edib.  

Səbuhi MUSAYEV 

0.35997319221497