YAP-da toplantı – Deputatlığa namizədlərin siyahısı açıqlanacaq

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.

Bakunews.media-ın xəbərinə görə, iclasda növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra siyahı təsdiq ediləcək.  

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.

0.3986132144928